Volodimir Zelenski Kupyanskda cəbhə xəttinə gedib
Fevralın 19-da Ukrayna Prezidenti Volodimir Zelenski Kupyansk vilayətində cəbhə xəttinə gedib.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.
“Zelenski Xarkov vilayətinə səfəri zamanı Kupyanskın müdafiəsi üzrə döyüş tapşırıqlarını yerinə yetirən “Böyük Knyaz Roman” adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın batalyon komandanlıq məntəqəsinə baş çəkib”, - qeyd edilib.
Bildirilib ki, Ukrayna dövlət başçısı briqada komandiri polkovnik-leytenant Aleksey Trubnikovun cəbhənin bu hissəsindəki əməliyyat vəziyyəti və Müdafiə Qüvvələrinin bir-birinə yaxın bölmələri ilə qarşılıqlı əlaqə haqqında məruzəsini dinləyib.
Xatırladaq ki, “Forbes” bu yaxınlarda məlumat vermişdi ki, Rusiya tərəfi Kupyansk yaxınlığında 500 tank, 600-ə qədər döyüş maşını, yüzlərlə haubitsa və 40 min hərbi qulluqçu toplayır.
Oxşar xəbərlər
Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişib
Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə edib
Bu, Zelenski üçün qəbuledilməzdir - Yermak
Münhendə İlham Əliyev ilə Volodimir Zelenskinin görüşü olub - YENİLƏNİB - FOTO
Zelenski: Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlar yüksək qiymətləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













