Çexiya polisi Praqadakı atışma ilə bağlı 50-dən çox cinayət işi açıb
sizinxeber.az xəbər saytı

Çexiya polisi Praqadakı atışma ilə bağlı 50-dən çox cinayət işi açıb


Çexiya polisi Praqa universitetində atışmanın təsdiqlənməsi və onun təkrarlanması hədələri ilə bağlı 90-a yaxın hadisəni araşdırır və 50-dən çox cinayət işi açıb.

“Report” xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

“Hal-hazırda biz insanların atışmanı təsdiqlədikləri və ya onu təkrarlamaqla hədələdikləri 90-a yaxın işi araşdırırıq. Polis belə şəxslərə qarşı 55 cinayət işi açıb. Onların əməlləri Cinayət Məcəlləsinin bir sıra maddələrinə, o cümlədən “zorakılıqla hədələmə”, “cinayət törətməyə razılıq vermə”, “bir qrup vətəndaşa və şəxslərə qarşı zorakılıq tətbiq etmə” maddələrinə aiddir”, - məlumatda vurğulanıb.

Belə açıqlamaların böyük əksəriyyəti sosial şəbəkələrdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda yazanların kimliyini müəyyən edə bilirlər.

Qeyd edək ki, Çexiyanın paytaxtı Praqada Karlov Universitetində atışmada 15 nəfər ölüb.

Oxşar xəbərlər

Çexiyada universitetdəki atışmada 15 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Slovakiya polisi insanları "Praqadakı" kimi güllələyəcəyi ilə hədələyən şəxsi saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Praqada atışmanın olduğu universitet binası yanvarın sonunadək bağlı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Google” artıq istifadəçilərin geolokasiya məlumatlarını hüquq-mühafizə orqanlarına verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvandakı iğtişaşlarla bağlı cinayət işi açıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər