Praqada atışmanın olduğu universitet binası yanvarın sonunadək bağlı olacaq
Dekabrın 21-də Çexiyanın paytaxtı Praqada baş verən atışmada 14 nəfərin həlak olduğu Karlov Universitetinin Fəlsəfə fakültəsinin əsas binası azı 2024-cü ilin yanvar ayının sonuna qədər bağlı qalacaq.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə fakültə rəhbərliyi öz saytında məlumat yayıb.
“Fakültənin əsas binası ilk növbədə texniki səbəblərə görə azı yanvarın sonuna qədər bağlı qalacaq”, - məlumatda deyilir.
Fəlsəfə fakültəsinin digər binalarında tələbələrin tədrisi yanvarın 12-dən gec olmayaraq bərpa ediləcək. Qış imtahan sessiyasında iştirak onlar üçün könüllü olacaq. Tələbələr sonrakı müddətdə yoxlama və imtahan verə biləcəklər.
Fakültə rəhbərliyinin məlumatına görə, atışma zamanı əsas fakültə binasında olan bir çox müəllim, texniki heyət və tələbə şokdan çıxa bilmir. Onlara lazımi psixoloji yardım göstərilir.
Qeyd edək ki, atışmanı 24 yaşlı tələbə David Kozak törədib. Polis əməliyyata başlayandan sonra o intihar edib. Polis müəyyən edib ki, həmin şəxs dekabrın 15-də paytaxtın kənarındakı Klanovisk meşəsində 32 yaşlı kişini və onun iki aylıq qızını güllələyib.
Oxşar xəbərlər
Slovakiya polisi insanları "Praqadakı" kimi güllələyəcəyi ilə hədələyən şəxsi saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Praqada universitetdə atışma törədən şəxs uşaq qatili olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çexiyada universitetdəki atışmada 15 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çexiyada atışma törədən şəxs atasını öldürməkdə şübhəli bilinir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni ildə 7 gün iş olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












