Macarıstan Bolqarıstanı Şengen zonasına buraxdı
Macarıstan Bolqarıstanın Şengen zonasına daxil olmasına qoyduğunu vetonu ləğv edib. Çünki Bolqarıstan Rusiya qazının öz ərazisindən tranziti üçün artan rüsumların tətbiqini aradan qaldırıb.
Axar.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
“Biz Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel ilə yenidən telefonla danışdıq. O bildirdi ki, Macarıstana təbii qaz tədarükünə əlavə vergini ləğv edən qanun bu gün Bolqarıstan qəzetində rəsmi olaraq dərc edilib və bununla da qüvvəyə minib”, - deyə Siyarto bildirib.
Qeyd edək ki, bundan öncə Macarıstan Bolqarıstana Rusiya qazının öz ərazisindən tranziti üçün tarifin artırılması qərarını ləğv etməyəcəyi təqdirdə Şengen zonasına daxil olmasına veto qoyacağı barədə xəbərdarlıq etmişdi.
Oxşar xəbərlər
Türkiyə ilə saziş bağlanıb, 275 milyon kubmetr qaz alacağıq
Macarıstan Qarabağ ərazisində keçirilmiş qondarma “seçkilər”i tanımır
AB Orbanı yola gətirmək istəyir: 50 milyardlıq yardım...
Sülhməramlıların daha bir postu ləğv edildi
Azərbaycanlılar dostlarımızdır, tapşırmışam ki... - Səfir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













