İsrail hərbçiləri "təsadüfən" öz əsirlərini öldürüb...
Dünən İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçüsü, kontr-admiral Daniel Həqarinin 3 israilli məhbusun “təsadüfən” öldürüldüyünü açıqlamasından sonra yeni təfərrüatlar ortaya çıxmağa başlayıb.
Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Qəzza zolağının şimalında öldürülən 3 israilli əsirin atəşkəs əlaməti olaraq ağ bayraq qaldırdığı barədə məlumat verilib.
Həqarinin dünən 3 israilli məhbusun "təsadüfən" öldürülməsi ilə bağlı açıqlaması İsraildə böyük reaksiyaya səbəb olub və bunun ardından bir İsrail rəsmisi daha böyük qalmaqal yaradacaq açıqlama verib.
Adını açıqlanmasını istəməyən İsrail ordusunun rəsmisi Qəzza zolağının şimalında öldürülən 3 israilli əsirin atəşkəs əlaməti olaraq ağ bayraq daşıdığını açıqlayıb. Hərbi xidmətçi bunu telefonla jurnalistlərə açıqlama verərkən deyib: “Əsirlərin hər üçü silahsız, köynəksiz və əllərində təhlükəsiz olduqlarını göstərmək üçün çubuğa bağlanmış ağ parça olub. Əsgər bunu təhlükə kimi qəbul edib və onlara atəş açıb. İki əsir elə oradaca ölüb, digəri yaralanıb və binaya sığınıb, amma binadan çıxan kimi üçüncü əsir də əsgər tərəfindən öldürülüb. Bu fatdır və təsadüf olma etimalı yoxdur. Bu qədər də müharibə qaydalarına, hərbi qanunlara əməl etmədən döyüş aparmaq olmaz”, - deyə o bildirib.
İsrail ordusunun sözçüsü Həqari dünən verdiyi açıqlamada Qəzza zolağında əsir saxlanılan 3 israillinin əsgərlər tərəfindən təhdid olaraq qəbul edildiyini, daha sonra əsgərlərin məhbuslara atəş açdığını, öldürülən məhbusların adlarını isə Yotam Haim və Samer Talalka olaraq açıqlayıb. Ailəsinin tələbi ilə 3-cü məhbusun adını çəkməyib.
Oxşar xəbərlər
İsrail Qəzzanın cənubunda aktiv döyüş əməliyyatlarına başlayıb
İsrail Qəzza zolağında tanklarla reyd keçirdi
İsrail dekabrın 1-dən HƏMAS-ın minlərlə yaraqlısını məhv edib
HƏMAS silahlıları ilə toqquşmalarda İsrailin 44 hərbçisi həlak olub
KİV: İsrail hər girov üçün 10 fələstinli məhbusun azad edilməsi təklifini araşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













