ABŞ Venesuelaya qarşı sanksiyaları yenidən sərtləşdirə bilər
ABŞ administrasiyası məhbusların azad edilməsi ilə bağlı Vaşinqtonun tələblərini yerinə yetirmədiyi üçün Venesuela hakimiyyətinə qarşı mümkün addımları nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CBS telekanalında deyib.
ABŞ-ın Venesuela hakimiyyətinin “siyasi məhbusları” və “səhv olaraq həbs edilmiş” amerikalıları azad etməməsi fonunda Karakasa qarşı sanksiyaları yenidən sərtləşdirmək niyyətində olub-olmaması ilə bağlı suala Kirbi deyib:
“Bu qərarları qəbul etmək üçün noyabrın 30-u axşama qədər vaxtları olub. Təəssüf ki, etmədilər. Beləliklə, biz indi mümkün siyasi addımlar məsələsinə qayıtmışıq və şansları qiymətləndiririk. Qərar vermə prosesimiz baxımından vəziyyəti qabaqlamaq istəmirəm, lakin indi mövcud variantlara baxırıq”.
Oxşar xəbərlər
Sonsuzadək yardım edə bilmərik - ABŞ [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər ABŞ və Venesuela arasında məhbus mübadiləsində vasitəçilik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Avropa İttifaqı müharibə bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AP-ın Bakıya qarşı qətnaməsində İrəvana yağlı vəd [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












