Bəzi dövlətlər tropik xəstəliklərlə mübarizəyə 777 milyon dollar ayırmağı vəd edib
Birləşmiş Ərəb Əmirlikləri və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Tərəflər Konfransının 28-ci sessiyasında iştirak edən bəzi xeyriyyə təşkilatları diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üçün 777 milyon dollar ayırmağı vəd ediblər.
“Report”un xəbərinə görə, COP28 çərçivəsində keçirilən tematik Sağlamlıq Gününün açılışında Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq əməkdaşlıq naziri Rim bint İbrahim əl-Haşimi Afrika qitəsinin tropik xəstəliklərdən əziyyət çəkən insanlarına dəstək tədbirlərinin maliyyələşdirilməsinə yönəlmiş təşəbbüsün başladığını açıqlayıb.
BƏƏ təşəbbüsün həyata keçirilməsi üçün milli xeyriyyə fondundan 100 milyon dollar ayıracaq. Belçika, Almaniya, ABŞ, eləcə də bəzi qeyri-hökumət təşkilatları, o cümlədən Bill və Melinda Qeyts Xeyriyyə Fondu təşəbbüsə qoşulub. Bundan əlavə, təşəbbüsün bir hissəsi kimi Dünya Bankı inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərini dəstəkləməyə kömək edəcək maliyyə mexanizmlərinin hazırlanması proqramına start verəcək.
Unudulan tropik xəstəliklər ilk növbədə Asiya, Afrika və Latın Amerikasının ən az inkişaf etmiş bölgələrindəki ən yoxsul insanlara təsir edən 20 müxtəlif patologiyadan ibarət qrupdur. Onlar viruslar, bakteriyalar, parazitlər, göbələklər və toksinlər də daxil olmaqla bir sıra patogenlər tərəfindən törədilir.
Bu xəstəliklər 1 milyarddan çox insanın sağlamlığına, sosial və iqtisadi rifahına ciddi təsir edir.
Oxşar xəbərlər
Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetimizdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri: "Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Niderland Qəzza zolağına humanitar yardım üçün əlavə 25 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












