MAXE olmaq istəyənlərlə görüş keçirilib
Milli Müdafiə Universitetinin tabeliyindəki hərbi təhsil müəssisələrində müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) qəbul olmaq üçün müraciət edən bir qrup vətəndaşla görüş keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, namizədlərə “Çavuş hazırlığı kursu”nun mahiyyəti, təhsil prosesi və hərbi təhsil müəssisələrinin imkanları barədə ətraflı məlumat verilib.
Görüşdə namizədlərə, həmçinin xidmət müddətində mövcud olan imtiyazlar, karyerada inkişaf və gələcəkdə təhsil almaq üçün yaradılan imkanlarla bağlı geniş məlumatlar çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Əlavə olaraq bildirilib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Sumqayıt, Mingəçevir, Şirvan, Gəncə, Goranboy, Lənkəran, Masallı, Kürdəmir, Beyləqan, Bərdə, Ağcabədi, və Quba şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Heydər Əliyev adına Hərbi İnstitutda fəaliyyət göstərən mərkəzdə sənədlərin qəbul müddəti mayın 30-dək uzadılıb.
Oxşar xəbərlər
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun müddəti uzadılıb
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti uzadılıb
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüş keçirilib
Əlahiddə Ümumqoşun Orduya MAXE qəbulu elan edilib
Azərbaycan Ordusunda ilk: Əsgərlər üçün təhsil almaq imkanı yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













