Belarusun Baş Qərargah rəisi: Azərbaycanın münaqişənin həlli istiqamətindəki təcrübəsini öyrənirik
"Azərbaycanla humanitar minatəmizləmə, hərbi kadrların hazırlanması, hava hücumundan müdafiə, yaylım atəşi sistemlərindən istifadə və digər sahələrdə təcrübəmizi bölüşməyə hazırıq".
Bunu APA-ya açıqlamasında Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko deyib.
Onun sözlərinə görə, ölkəsi Azərbaycanın münaqişələrin həlli istiqamətindəki təcrübəsini öyrənir: "Belarusla Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycanın istər hərbi sahədə quruculuq, istərsə də müasir hərbi texnikanın mənimsənilməsi, istərsə də münaqişənin həlli istiqamətindəki təcrübəsini böyük məmnuniyyətlə öyrənirik. Öz tərəfimizdən Azərbaycanla humanitar minatəmizləmə, hərbi kadrların hazırlanması, hava hücumundan müdafiə, yaylım atəşi sistemlərindən istifadə və digər sahələrdə təcrübəmizi bölüşməyə hazırıq. Bizim bu sahədə əlaqələrimizin inkişafında təkcə hərbi strukturlar deyil, dövlət başçıları arasında mövcud olan uzunmüddətli dostluq münasibətləri də mühüm rol oynayır. Bu dostluq münasibətləri irəli addımlamağa imkan verir. Azərbaycanlı hərbçilərin Belarus ərazisində hazırlığı, eləcə də humanitar minatəmizləmə fəaliyyətinə dəstək istiqamətində əməkdaşlığı davam etdirəcəyik".
Oxşar xəbərlər
Baş Qərargah rəisi HHQ hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb
Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib
Türkiyənin hərbi rəhbərliyi Bakıda səfərdədir - VİDEO
Azərbaycan və Qazaxıstan Baş Qərargah rəisləri görüşüb
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, əməkdaşlığa dair müqavilələr imzalanıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Bakı metrosunda qatarların intervalında yubanmalar müşahidə olunur
-
Oman sahillərində tanker atəşə tutulub
-
Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentini təbrik edib
