Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib,  hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib, hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib


Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 11-ci Pekin Syanşan Forumunda iştirak etmək üçün Çinə işgüzar səfər edib.

Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Azərbaycanın Çindəki səfirliyində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Sonra Azərbaycan nümayəndə heyəti 11-ci Pekin Syanşan Forumunda iştirak edib.

A.Qurbanov dünyanın 100-dən çox ölkəsinin nazir və digər səviyyədə rəsmiləri, region və beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi forum zamanı Çinin milli müdafiə naziri admiral Donq Jun ilə görüşüb. Baş direktor foruma dəvətə görə minnətdarlığını bildirib.

Çinə işgüzar səfər çərçivəsində baş direktor, həmçinin Mərkəzi Hərbi Şuranın Silah, Hərbi Texnika və Texnologiya üzrə Əməkdaşlıq İdarə rəisi və Dövlət Müdafiə Sənayesi Kompleksinə daxil olan bir sıra şirkətləri ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycanın müdafiə nazirinin Türkiyəyə səfəri başlayıb
Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
Baş direktor Aqil Qurbanov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib
Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər