Azərbaycan hərbçiləri Gürcüstanda təlimdə iştirak edir
sizinxeber.az xəbər saytı

Azərbaycan hərbçiləri Gürcüstanda təlimdə iştirak edir


Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit - 2025” təlimində müşahidəçi qismində iştirak edir.

Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, ilkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən “Agile Spirit - 2025”in hava desant birliklərinə aid komponenti isə qardaş ölkə Türkiyə Respublikasında icra olunub.

Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır.

Oxşar xəbərlər

Gürcüstanda çoxmillətli “Agile Spirit” hərbi təlimi başlayıb
Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir
Moldova NATO-nun hərbi təlimlərində iştirak edəcək
Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimi başlayıb
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər