MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşıb
sizinxeber.az xəbər saytı

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşıb


Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə taktiki-uçuş təlimi uğurla başa çatıb.

Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.

Təlim zamanı taktiki və əməliyyat PUA-larının uçuşları həyata keçirilib. Əraziyə çıxarılan mini PUA-lar vasitəsilə əvvəlcədən aşkar edilmiş hədəflər barədə detallı kəşfiyyat məlumatları toplanıb, daha sonra isə əməliyyat-taktiki PUA-lar vasitəsilə həmin hədəflər zərərsizləşdirilib.

Təlim rəhbərliyi şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Sonda “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində xüsusi fərqlənən Azərbaycan və Qazaxıstan hərbi qulluqçuları “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və qiymətli hədiyyələrlə mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər

Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO
Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir - VİDEO
Rusiya və Pakistan hərbçiləri birgə taktiki təlimlər keçirir
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər