Prezidentin açılış etdiyi aqroparkın uğurları davam edir - FOTO/VİDEO
sizinxeber.az xəbər saytı

Prezidentin açılış etdiyi aqroparkın uğurları davam edir - FOTO/VİDEO




Dünyada qlobal ərzaq təhlükəsizliyi ilə bağlı risklərin artdığı bir zamanda, bu proseslərin ölkəmizə təsirinin minimuma endirilməsi, ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv və innovativ texnologiyaların tətbiqi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına və tövsiyyələrinə müvafiq olaraq yaradılan aqroparklardan biri də “Ağsu Aqropark”dır. Aqroparkların yaradılması, aqrar sahədə inkişafı sürətləndirməklə yanaşı, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində mühüm rol oynayır.

Ölkə başçısı cənab İlham Əliyevin aqrar sahəyə olan diqqət və qayğısının nəticəsi olaraq, artıq bu sahədə ciddi inkişaf nəzərə çarpacaq dərəcədədir. Bunun bariz nümunəsi kimi Ağsu Aqroparkın faəliyyətini misal vermək olar. Belə ki, “Ağsu Aqropark” istehsalat planı çərçivəsində əsas faəliyyət istiqamətləri, ətlik və südlük olmaqla ümumilikdə 1200 baş simmental cinsli iri buynuzlu heyvanlardan təşkil olunmuşdur. Süd istehsalı illik 4 000 000 litr nəzərdə tutulmuşdur. Süd istehsalı ilə yanaşı, mal ətinə olan tələbatın ödənilməsi məqsədi ilə iri buynuzlu heyvanların yetişdirildiyi fermalarda fəaliyyət istiqamətlərinin tərkib hissəsini təşkil edir.

Həmçinin xüsusi bir məqama diqqət çəkərək vurğulamaq istəyirəm ki, ölkə rəhbəri cənab İlham Əliyevin xüsusi qayğısı və diqqəti ölkədəki toxumçuluq sektorundada ciddi hiss olunur. Bu qayğının nəticəsi olaraq, ölkədəki toxum və yem məhsullarına olan təlabatın ödənilməsi şirkətin əsas prioritet və hədəflərdən birinə çevrilmişdir. Belə ki, şirkətin tabeçiliyində olan əkin sahələrində yüksək məhsuldarılığı olan arpa, buğda, qarğıdalı və digər yem bitkilərinin əkilməsi, bu məhsullara olan təlabatın ödənilməsinin təmin edilməsində mühüm rol oynayır.

Aqrar sahənin inkişafını sürətləndirmək məqsədi ilə cənab prezident İlham Əliyevin imzaladığı əmr və sərəncamlara müvafiq olaraq ayrılan subsidiyalar, digər kənd təsərrüafat subyektləri kimi, Ağsu Aqroparkın da inkişafında mühüm rol oynayır. Həmçinin, məhsuldarlığın artırılması istiqamətində motivasiya mənbəyidir. Xüsusi olaraq bəzi rəqəmləri diqqətinizə təqdim etmək istəyirəm. Belə ki, 2023-cü il taxıl biçini mövsümündə məhsuldarlıq, pivot suvarma sistemləri ilə suvarılan əkin sahələrində ortalama 70 sentner, ənənəvi suvarma ilə suvarılan ərazilərdə isə 40 sentnerdən artıq olmuşdur. Bir qeydi xüsusi olaraq vurğulamaq istəyirəm ki, alınan bu nəticələr şoran torpaqların təmizlənməsindən sonrakı mərhələ də olan göstəricidir.

Şoran torpaqların təmizlənməsi və əkinə yararlı hala gətirilməsi hal-hazırda da ciddi səylə davam etdirilir. Artıq müəyyən nəticələr əldə edilmişdir. Yaxın zamanda şoranlıqdan təmizlənməsi nəzərdə tutulan ərazilərin böyük bir qismi əkinə yararlı vəziyyətə gətiriləcəkdir.

Xüsusən yerli mütəxəssislərə önəm verən cəmiyyət, əhalinin məşğulluğunun təmin edilməsini mühüm bir vəzifə kimi öz üzərinə götürmüşdür. Belə ki, hal-hazırda cəmiyyətdə 200-ə yaxın daimi işçi çalışır.

Mövsümdən aslı olaraq isə 240-250 nəfər işlə təmin olunur.

Baş direktor – İsayev Atababa
Profili haqqında qısa məlumat
İngiltərənin Sunderland Universitetini MBA proqramı üzrə bitirən İsayev Atababa, uzun illərin istehsalat və idarəetmə təcrübəsi ilə yanaşı, həmçinin kənd təsərrüaftı sahəsində 6 illik təcrübəyə malikdir.

Sizinxeber.az
VİDEO

QALEREYA

Oxşar xəbərlər

Nazir məktəblilərlə bağlı həyata keçirilən tədbirlərdən danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Sara İnvest” holdinqin şirkətlərinin dövlət və özəl sektor nümayəndələri ilə müşavirəsi keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda aqrar sığorta potensialının 90 %-dən istifadə olunmur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu, Azərbaycan üçün narahatlıq yaradır - Mövsümov [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər