“Sara İnvest” holdinqin şirkətlərinin dövlət və özəl sektor nümayəndələri ilə müşavirəsi keçirilib - FOTO
“Sara İnvest” holdinqə daxil olan “Binə Agro”, “Agroland”, “Agro Bitki Kilnikası” və “Kraun Ko-R” şirkətlərinin dövlət və özəl sektor nümayəndələri ilə seminar-müşavirə keçirilib.
Bu gün “Sara İnvest” holdinqə daxil olan “Binə Agro” Qsc, “Agroland” QSC, “Agro Bitki Kilnikası” MMC və “Kraun Ko-R” MMC-nin təşkilatçılığı ilə “Azərbaycanda aqrar sahənin inkişafında dövlət dəstəyi mexanizmləri, özəl sektorun rolu, istehsal və ixrac imkanlarının artırılmasının innovativ yolları” mövzusuna həsr olunmuş seminar-müşavirə keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, KOBİA, Bakı Dövlət universiteti, aidiyyəti dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirak etdiyi tədbirdə son illər ölkə başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğının kənd təsərrüfatı sahəsində uğurlu nəticələrin əldə olunmasına, müasir yanaşmaların tətbiqi və yerli mütəxəssislərin yetişməsinə böyük təkan verdiyi vurğulanıb.
Tədbirin təşkilatçıları adından qonaqları salamlayan “Sara İnvest” holdinqin baş direktorunun müavini Akif Əliyev bildirilib ki, 2024-cü ildə ölkəmizdə bütün sahələrdə olduğu kimi, aqrar sektorda da yeni layihələrin icrası, xüsusilə də azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Tədbirdə çıxış edənlər dövlət tərəfindən özəl sektora yaradılan şərait, dövlət - özəl sektor əməkdaşlığının ilbəil gücləndirilməsi fonunda aqrar sahədə əldə olunan uğurlar, həmçinin kənd təsərrüfatı məhsulları ilə özünü təmin etmə səviyyəsində və ixrac olunan məhsulların həcmində əhəmiyyətli artımın müşahidə edildiyini vurğulayıblar.
Həmçinin “Sara İnvest” holdinqə daxil olan “Binə Agro” QSC, “Agroland” QSC, “Agro Bitki Kilnikası” MMC və “Kraun Ko-R” MMC-nin nümayəndələrinin məruzələri dinlənilib. Sonda mövzu ilə əlaqədar geniş müzakirələr, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Gələn il bağçalarda dövlət-özəl əməkdaşlığı pilot layihə kimi tətbiq olunacaq
Pensiyaçılara nağdsız alış-verişdə güzəştlər tətbiq olunacaq
Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması həyata keçiriləcək
Voleybolçu qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək
AQTA tərəfindən Azərbaycandan Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına icazə əldə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
















