Nazir məktəblilərlə bağlı həyata keçirilən tədbirlərdən danışdı
Qida Təhlükəsizliyi Agentliyi ilə Səhiyyə Nazirliyi arasında fəal əməkdaşlıq aparılır, xüsusən də məktəblilər arasında düzgün qidalanmanın təşviqinə dair tədbirlər həyata keçirilir.
Trend xəbər verir ki, bunu “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən regional tədbirdə səhiyyə naziri Teymur Musayev deyib.
O qeyd edib ki, bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyin və təlimatların mövcudluğu da əsas şərtdir:
"İstehsalçılar qəbul olunmuş təhlükəsizlik və keyfiyyət standartlarına əməl edərək məhsulların sağlamlığa təhlükəsizliyini təmin etmək öhdəliyi daşıyırlar. Bu, həm də qlobal təchizat zəncirində proseslərin sürətli bir şəkildə reallaşmasını, sərhədlərarası əməliyyatları asanlaşdırmış olur.
Eyni zamanda, qanunvericilikdə sağlam və təhlükəsiz qidalar istehsal edən bizneslər üçün dəstəkləyici mühitin formalaşdırılması da çox önəmlidir. Bu sahədə innovativ texnologiyaların tətbiqi, stimullaşdırıcı mexanizmin yaradılması, tədqiqat fəaliyyətləri üzrə müəssisələrin mövcudluğu əlavə imkanlar açır".
Oxşar xəbərlər
Bu, xəstəliklərin yayılmasının qarşısını alır - Səhiyyə naziri [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhsulların təhlükəsiz, sağlam çatdırılması necə təmin edilir? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
AQTA tərəfindən Azərbaycandan Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına icazə əldə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
AQTA-dan bu məhsulla bağlı xəbərdarlıq: Kimyəvi maddə... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












