Bakıda sürücü avtomobildən yola zibil atdı - ANBAAN VİDEO
Paytaxt ərazisində minik avtomobilini idarə edən sürücü zibillə dolu sellofan torbanı küçəyə atıb.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər göndərilib.
Kadrlarda dövlət qeydiyyat nişanı “59-BX-209” nömrəli olan maşının sürücüsününün küçəni zibillədiyi əks olunub.
Video həmin vaxt yoldan keçən başqa bir sürücü tərəfindən lentə alınıb.
İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, magistral yolları zibilləyən sürücülər 40 manat, sərnişinlər isə 30 manat cərimə edilməlidir.
Avtomobil yollarının zibillənməsinə, müxtəlif tərkibli maddələr axıdılmasına, daş, çınqıl, qum və ot tökülməsinə, suvarma, çirkab və kanalizasiya sularının avtomobil yoluna axıdılmasına, yol örtüyünün çirklənməsinə görə fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-200 manat, hüquqi şəxslər 1500-2000 manat cərimə edilir.
BAKU.WS sözügedən görüntüləri təqdim edir:
Oxşar xəbərlər
Sərnişin və yük daşınma qaydalarını pozanlar cərimələnəcək
Sabahdan buraxılış vəsiqəsi olmadan taksiylə sərnişin daşıyanlar 2000 manatadək cərimələnəcək
Bu sürücülərlə müqavilə bağlayanlar cərimələnəcək
Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manat cərimələnəcək
Zeynəb Xanlarovovanın xidməti avtomobilinə cərimə yazılıb? - İDDİA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













