Sabahdan buraxılış vəsiqəsi olmadan taksiylə sərnişin daşıyanlar 2000 manatadək cərimələnəcək
Sabahdan buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.
Sizinxəbər.Az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə səksən manat məbləğində cərimə ediləcək.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
Hazırlıq keçməyən taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mehmanoğlu yem və taxıl” gömrük qaydalarını pozub – PROTOKOL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu şəxslərlə bağlı yeni cəzalar müəyyən edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Müdafiə Universitetinin kursantlarına birdəfəlik və aylıq ödəmələr təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici elektron pul təşkilatının yerli filialı təhlükəsizliyə dair tələbləri pozarsa 10 min manatadək cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












