Azərbaycan Serbiya ilə turizmin inkişafı üzrə memorandum imzalayacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan Serbiya ilə turizmin inkişafı üzrə memorandum imzalayacaq


Bu ilin avqust ayında Azərbaycan və Serbiya arasında turizm sektorunun inkişafı üzrə Memorandum imzalanacaq.

“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Bakıda keçirilən Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.

“Təəssüf ki, iki ölkə arasında qarşılıqlı turist səfərlərinin sayı dostluq münasibətlərimizə uyğun deyil. Bunun əsas səbəblərindən biri birbaşa hava əlaqələrinin olmamasıdır. Dövlət Turizm Agentliyi sədrinin avqustun ilk həftəsində Serbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin turizm naziri ilə görüşərək bütün bu məsələləri müzakirə edəcək. Bu səfər çərçivəsində beynəlxalq hüquqi çərçivə də möhkəmləndiriləcək və uzun müddətdir hazır olan, lakin hələ imzalanmamış memorandum da imzalanacaq. Bu səfərin iki ölkə arasında turizm əlaqələri üçün böyük bir dönüş nöqtəsi olacağına əminəm”, - K. Qasımov bildirib.

O əlavə edib ki, hazırda turizm sektoru bərpa prosesindədir və ölkəyə gələn turistlərin sayında müsbət dinamika müşahidə olunmaqdadır. 2024-cü ilin turizm sektorunun bərpa ili olacağı və 2026-cı ilə qədər 4 milyon turist cəlb etməyi hədəflədiklərini vurğulayıb.

Oxşar xəbərlər

Nazir müavini: "Serbiya və Azərbaycan milli kitabxanaları arasında Anlaşma Memorandumu imzalanacaq"
Fariz Rzayev: “Azərbaycan və Serbiya bütün sahələrdə konstruktiv əməkdaşlığı davam etdirəcək”
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər
Serbiya aviaşirkəti bu ilin sonuna qədər Bakıya uçuşlara başlaya bilər
Azərbaycan və Qazaxıstanın turizm assosiasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər