Azərbaycanlı turistlər I rübdə Gürcüstanda təxminən 50 milyon dollar xərcləyiblər
Azərbaycanlı turistlər bu ilin birinci rübündə Gürcüstanda 48,6 milyon ABŞ dolları xərcləyiblər.
"Report" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında deyilir.
Ötən ilin eyni dövrü ilə müqayisədə göstərici 19,8 % artıb.
Gürcüstanın turizmindən əldə etdiyi ümumi gəlir 2025-ci ilin birinci rübündə 2,3 % artaraq 823 milyon ABŞ dolları olub. Gəlir strukturunda Rusiyanın payı 141,8 milyon ABŞ dolları təşkil edib. Göstəricinin 17,2 % azalmasına baxmayaraq, Rusiya Gürcüstana turist axınında lider mövqeni tutur.
Həmçinin turizmdən əldə edilən gəlirlərin əhəmiyyətli hissəsi İsrail (114,2 milyon ABŞ dolları), Türkiyə (107,1 milyon ABŞ dolları) və Avropa İttifaqının (103,2 milyon ABŞ dolları) payına düşüb.
Ermənistandan turist axınında azalma müşahidə edilib. Belə ki, birinci rübdə erməni turistlər Gürcüstanda 28,2 milyon ABŞ dolları xərcləyiblər. Bu isə ötən ilin eyni dövrünün göstəricisindən 10 % azdır. İran üzrə 27,2 milyon ABŞ dolları (8 %), Belarus üzrə isə 15,9 milyon ABŞ dolları (3,8 %) göstəricinin azalması qeydə alınıb.
Oxşar xəbərlər
Azərbaycan ötən il Gürcüstanın turizm gəlirlərində 4 % paya malik olub
Gürcüstan turizm gəlirlərini 7 %-dən çox artırıb
AMB 9 ayda ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb
Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 14 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
