Azərbaycana turist gəlişi 34% artıb
sizinxeber.az xəbər saytı

Azərbaycana turist gəlişi 34% artıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 179 ölkəsindən 1231,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,0 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə "Sizinxeber.az-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Gələnlərin 29,2 faizi Rusiya Federasiyası, 17,3 faizi Türkiyə, 9,7 faizi Hindistan, 8,7 faizi İran, 4,1 faizi Gürcüstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Çin, Küveyt və Türkmənistan, 1,1 faizi Belarus, 12,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,4 dəfə, Çindən - 2,3 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə, Pakistandan - 47,0 faiz, Tacikistandan - 45,8 faiz, İtaliyadan - 41,8 faiz, İordaniyadan - 37,6 faiz, Yəməndən - 37,6 faiz, Küveytdən - 37,2 faiz, Türkmənistandan - 36,8 faiz, Bəhreyndən - 34,7 faiz, Polşadan - 34,0 faiz, Misirdən - 29,2 faiz, Özbəkistandan - 26,9 faiz, ABŞ-dan - 23,6 faiz, Ukraynadan - 22,2 faiz, Almaniyadan - 22,1 faiz, Türkiyədən - 21,1 faiz, Rusiya Federasiyasından - 19,0 faiz, Fransadan - 15,7 faiz, Gürcüstandan - 13,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 8,1 faiz artıb.

2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 49,0 faiz artaraq 200,0 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 30,0 faiz artaraq 46,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 22,3 faiz artaraq 472,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Oxşar xəbərlər

Yanvarda Azərbaycana 165 mindən çox əcnəbi gəlib
Azərbaycandan xaricə turist axını 26% artıb
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə qədər artıb
Azərbaycan iqtisadiyyatı 4 faizdən çox böyüyüb
Əsas kapitala yönəldilmiş investisiya 16%-ə qədər artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər