
Azərbaycandan xaricə turist axını 26% artıb

Azərbaycandan xaricə turist axını 26% artıb
Bu ilin birinci yarısında ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25,7 faiz artaraq 995,2 min nəfər olub.
"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 39,1 faiz, Türkiyəyə gedənlərin sayı 23,7 faiz, Gürcüstana gedənlərin sayı 17,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 15,4 faiz artıb. Gedənlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil edib.
2024-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,0 faizi hava, 29,6 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.