Türkiyəli alpinistlər Xocalı faciəsi qurbanlarını anmaq üçün Haçadağa yürüş edib
sizinxeber.az xəbər saytı

Türkiyəli alpinistlər Xocalı faciəsi qurbanlarını anmaq üçün Haçadağa yürüş edib


Fevralın 22-də Xocalı soyqrımının 33-cü ildönümü ilə əlaqədar olaraq Türkiyədən gələn alpinist qrupları və Naxçıvandan olan ekstrimsevərlərin iştirakı ilə Haçadağa yürüş təşkil olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, günün erkən vaxtı Naxçıvan şəhərindən adıçəkilən təbiət abidəsinə doğru hərəkət edən 34 yürüş iştirakçısı saat 07:00-da Culfa rayonu Gal kəndi ərazisindən başlayaraq zirvəyə doğru hərəkət ediblər.

Hava şəraitinin yaratdığı çətinliklərə və risklər nəzərə alınmaqla yürüş iştirakçıları mümkün yüksəkliyə qədər irəliləyiblər.

Ənənəvi ekstrimal yürüşdə Xocalı faciəsi qurbanları və 44 günlük Vətən müharibəsi şəhidləri yad edilib, hər iki ölkənin Dövlət Himni ifa olunaraq Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqrımına aid şüarlar səsləndirilib.

Oxşar xəbərlər

DTX əməkdaşları Haçadağa yürüş təşkil ediblər
Nepalda beş rusiyalı alpinist ölüb
Bəzi yerlərdə qar yağır - FAKTİKİ HAVA
Türkiyənin baş konsulu: İğdır-Naxçıvan qaz kəmərinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir
Türkiyənin İğdır şəhərində “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər