Bakıda 2040-cı ilədək turizm sektorunda 37 mindən çox əlavə iş yeri yaradılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
yan
2024
17:14

Bakıda 2040-cı ilədək turizm sektorunda 37 mindən çox əlavə iş yeri yaradılacaq

08 yan, 2024
17:14
1 481

Bakıda 2040-cı ilədək turizm sektorunda 37 mindən çox əlavə iş yeri yaradılacaq

2040-cı ilə qədər Bakının turizm sektorunda 37 min 45 əlavə iş yerinin yaradılması planlaşdırılır ki, bununla da həmin il cəmi məşğulluqda turizm sektorunun payı 4,9 % olacaq.

“Sizinxeber.az” xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

2019-cu ildə paytaxtın turizm sektorunda məşğul əhali 48 min 252 nəfər olub ki, bununla da sektorun cari məşğulluqda payı 3,6 % təşkil edib.

2040-cı ildə turizm sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 10 % olacaq.

2019-cu ildə turizm sektorunda istehsal olunmuş ÜDM-in dəyəri 1 milyard 898 milyon manat olub, sektorun xüsusi çəkisi isə 6,5 % təşkil edib.

Bizimlə əlaqə saxlayın