Paytaxtda ictimai nəqliyyat üçün xüsusi zolaqların uzunluğu artırılacaq
Bakıda tıxacların qarşısı alınacaq, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq.
“Sizinxeber.az”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, mövcud nəqliyyat tıxaclarının qarşısının alınması və paytaxtın küçə-yol şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə əlavə bir sıra zəruri tədbirlər də nəzərdə tutulur:
“Qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2300 km-dən 2668 km-ə çatdırılması planlaşdırılır.
Baş plan çərçivəsində velosiped nəqliyyatının inkişafı və müvafiq infrastrukturunun yaradılması planlaşdırılır. 2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi nəzərdə tutulur.
Bununla yanaşı, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılır. 2040-cı ilədək xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırki 16 zolaq-km-dən 112,2 zolaq-km-ə qədər genişləndirilməsi nəzərdə tutulur”.
Oxşar xəbərlər
Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur
2040-cı ilədək Bakı şəhəri üzrə dəmiryol stansiyaların sayı 54-ə çatdırılacaq
Metro, avtobus və dəmir yolundan istifadə edənlərə ŞAD XƏBƏR - Təsdiq edildi
“Bakı-Sumqayıt” şosesində tıxac problemi aradan qaldırılacaq, paytaxtın yeni giriş-çıxış yolu yaradılacaq
Bakı bulvarı cənubda Bibiheybətə, şərqdə Zığa qədər genişləndiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













