Bakıda 2040-cı ildə bir turistin orta xərci 1 175 ABŞ dolları təşkil edəcək
Bakıda 2040-cı ildə bir turistin orta xərci (bir həftə qonaqlama ərzində) 1 175 ABŞ dolları (1 997 manat) təşkil edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edək ki, 2040-cı ilə qədər illik turist axını 4 % artacağı proqnozlaşdırılır.
Baş planda davamlı və iqtisadi cəhətdən səmərəli turizm investisiyaları üçün prioritet sahələrin müəyyən edilməsi, həmçinin insanların bütün il boyu bu sahədə fəaliyyət göstərə bilməsi üçün turistik fəaliyyətlərin və xidmət strukturlarının daha çox şaxələndirilməsi təklif olunur. Bu təkliflər həm ümumi, həm də müxtəlif seqmentlər üzrə turizm fəaliyyətlərinə tətbiq edilməli, habelə yerli və xarici turistlərə uyğun şəkildə təşkil edilməlidir, planda deyilir.
Oxşar xəbərlər
Bakıda yeni turistik istiqamətlər yaradılacaq
Yaxın 17 ildə Bakıda 142 mindən çox mənzilə tələbat yaranacaq
2040-cı ilə qədər Abşeron yarımadasının su qıtlığı riskini daha da artacaq
2040-cı ilədək Bakı əhalisinin sayı 3 milyonu ötəcək
2027-ci ildə Bakıda internet istifadəçilərinin xüsusi çəkisi 98 %-ə çatacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













