2040-cı ilədək Bakı əhalisinin sayı 3 milyonu ötəcək
2040-cı ilə qədər Bakı şəhərinin əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib.
“Sizinxeber.az”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, gələcək əhali sayının, eləcə də əhalinin yaş qrupları üzrə bölgüsünün müəyyən edilməsi ərazilərdən istifadə, mənzil təminatı, ictimai nəqliyyat sisteminin sərnişindaşıma imkanları, mühəndis və xidmət təminatı infrastrukturu kimi əsas şəhər alt sistemlərinin müəyyən edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
“Bakı şəhərinin gələcək əhali sayı proqnozunun verilməsi üçün milli və beynəlxalq tendensiyalar nəzərə alınmış, gələcək illərdə şəhər əhalisinin artmağa davam edəcəyi, lakin artım tempinin nisbətən aşağı olacağı proqnozlaşdırılıb.
Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə hesabat dövrü üçün şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib.
Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülmüş və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib”.
Oxşar xəbərlər
2040-cı ilə qədər Abşeron yarımadasının su qıtlığı riskini daha da artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paytaxtda ictimai nəqliyyat üçün xüsusi zolaqların uzunluğu artırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
2040-cı ilədək Bakı şəhəri üzrə dəmiryol stansiyaların sayı 54-ə çatdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı bulvarı cənubda Bibiheybətə, şərqdə Zığa qədər genişləndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












