sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Son zəng"də "oğru aləmi"nin mahnısını oxumağa icazə verən xanım yenidən DİREKTOR OLACAQ?
Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin keçmiş direktoru Gülsəba Abbasova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib.
"Qaynarinfo" xəbər verir ki, onun iddiası işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır.
İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Aytən Novruzovanın icraatındadır.
Gülsəba Abbasova bu ilin iyulunda işdən çıxarılıb. O, "Son zəng" tədbirində şagirdlərlə birgə "oğru aləmi"nə həsr olunmuş mahnı səsləndirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra araşdırmalara başlanılıb və Gülsəba Abbasova işdən çıxarılıb.
BAKU.WS
Oxşar xəbərlər
Qalmaqallı direktor işdən çıxarıldı
4300-dən çox müəllim işdən çıxarılıb
Azərbaycanda məktəb direktoru vəfat etdi
Goranboy rayon icra hakimiyyəti başçısının müavini işdən çıxarılıb
Noyabrda məktəblərdə 17 gün tətil olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













