4300-dən çox müəllim işdən çıxarılıb
Müəllimlərin sertifikasiyası imtahanı nəticəsində 4300-dən çox uğursuz müəllimin işinə xitam verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müəllimlərin sertifikasiyası üçün 10 500-dən artıq vakansiya təqdim olunub, 22 mindən artıq müəllim müsabiqədə iştirak edib: "Müsabiqədə iştirak edə bilmədiyi üçün işdən çıxarılan müəllimlərin dərs saatları həmin məktəblərdə fəaliyyət göstərən digər müəllimlərə paylanılacaq".
N.İsmayılbəyli bildirib ki, 712 məktəbdə vakansiya yaradılıbsa, bunlardan 563-sı Azərbaycan dili və Ədəbiyyat müəllimliyini əhatə edir.
Oxşar xəbərlər
Sertifikasiya nəticəsində 4 300-dən çox müəllimin müqaviləsinə xitam verilib
Nurlan İsmayılbəyli: 400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi gedir
Agentlik: İşdən çıxarılan hər müəllimlərin yerinə işə götürülən olmayacaq, fənn müəllimlərinin dərs saatları artırılacaq
Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!
Müəllim işləmək istəyənlər üçün mühüm gün: Seçim başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













