Bakıda bu doqquz məktəbdə tikinti və əsaslı təmir işləri aparılır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 9 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.
Bu barədə BAKU.WS-ə idarədən məlumat verilib.
Qeyd olunub ki, paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün əlavə korusun tikintisi, əsas korpusun əsaslı təmiri, 57, 68, 141, 151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli məktəblərin, 328 nömrəli uşaq bağçasının və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam edir.
Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.
Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakıda bu məktəb və liseylərin məzunları qızıl və gümüş nişanlara layiq görülüb - SİYAHI
Səbaildə yolların əsaslı təmirinə 350 min manat ayrılıb
“Zəngəzur” tankeri əsaslı təmir olunub
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq
Təmirsiz vəziyyətdə olan məktəblərin sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













