Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərib, altısının nəticəsi ləğv edilib
İyulun 14-də keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərib, altı nəfərin isə nəticəsi ləğv edilib.
Bu barədə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbin məzunu Məmmədli Əli Faiq oğlu göstərib.
IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbin məzunu Abbasov Orxan Taleh oğlu və Gəncə şəhər 39 saylı orta məktəbin məzunu Hüseynova Nuray Emin qızı göstərib.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 27 929 abituriyentdən (I qrup üzrə 22 889 nəfər, IV qrup üzrə 5 040 nəfər) 767 nəfər (I qrup üzrə 673 nəfər, IV qrup üzrə 94 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Oxşar xəbərlər
I və IV ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərib, altısının nəticəsi ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
I və IV qrupların qəbul imtahanının nəticəsi AÇIQLANDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Eksternat imtahanlarının nəticələri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












