Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib
sizinxeber.az xəbər saytı

Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib


Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın Elbasan şəhərində keçirilən Avropa çempionatının C divizionunda Ermənistanı məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib.

"Report" xəbər verir ki, B qrupunda yer alan millimiz qrupun son matçında rəqibinə 76:69 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamızın qrupda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər
Azərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatının yarımfinalına yüksəlib
Azərbaycanın qızlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib
Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır
Azərbaycanın basketbol millisi Avropa çempionatına qələbə ilə start verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər