Avropa çempionatı: Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər
Azərbaycanın 18 yaşadək oğlanlardan və qızlardan ibarət basketbol milliləri Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda qrupdakı sonuncu matçlarını keçirəcəklər.
“Sizinxeber.az” xəbər verir ki, hər iki komandanın rəqibi Ermənistanın müvafiq yaş qruplarından ibarət yığmaları olacaq.
Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət yığma ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edib. Qrupdakı ikinci oyunda Gürcüstan üzərində 74:68 hesabı ilə qələbə qazanan komanda Avropa çempionatının yarımfinalına vəsiqəni təmin edib.
Azərbaycanın oğlanlardan ibarət U-18 millisinin B qrupunda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər. Bu qələbə komandanı yarımfinala daşıyıb.
Qeyd edək ki, qızlardan ibarət millinin oyununa bu gün, Bakı vaxtı ilə 16:30-da start veriləcək. Oğlanlardan ibarət yığma isə 18:00-da meydana çıxacaq.
Oxşar xəbərlər
Azərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatının yarımfinalına yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisi Avropa çempionatında bu gün Gürcüstanla qarşılaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın basketbol millisi Avropa çempionatına qələbə ilə start verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisi Avropa çempionatında ilk matçına çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












