“Gəncə” komandası məktəblilərlə görüşüb
sizinxeber.az xəbər saytı

“Gəncə” komandası məktəblilərlə görüşüb


“Gəncə” basketbol komandasının məşqçi və oyunçu heyəti Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü münasibəti ilə 39 saylı tam orta məktəbdə olublar.

"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, məktəbin akt zalında şagirdlərlə görüş keçirilib.

Baş məşqçi Halil Atlı və köməkçisi Rizvan Səfərov uşaqlara klubun fəaliyyəti, əsas komandanın çıxışı barədə məlumat verib. Məktəblilər basketbolçuları böyük maraqla qarşılayıblar. Onlarla şəkil çəkdirib, avtoqraf alıblar. Məktəbin direktoru Nizami Rzayevə klubun forması, idman zalına isə toplar hədiyyə edilib.

Görüşdən sonra idman zalında şagirdlərin iştirakı ilə yoldaşlıq oyunu keçirilib.

Qeyd edək ki, 39 saylı məktəb böyük yazıçı, alim, pedaqoq Mir Cəlal Paşayevin adını daşıyır.

Oxşar xəbərlər

"Gəncə" klubunun baş məşqçisinin köməkçisi bəlli olub
"Gəncə"nin baş məşqçisi "Şəki" ilə oyunu dəyərləndirib
Kriştianu Ronaldu gələcəkdə böyük klubun sahibi olmaq istəyir
"Milan"ın üç əfsanəvi hücumçusu klubun Şöhrət Zalına daxil edilib
"Ordu"nun məşqçisi: "Rotasiyada böyük problemlər yaşadıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər