Avropa çempionu olan Azərbaycanın yunan-Roma güləş millisi Vətənə qayıdıb
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın yunan-Roma güləş millisi Vətənə qayıdıb.
"Report"un məlumatına görə, yığmanı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Güləşçiləri hava limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və yaxınları qarşılayıblar.
Qeyd edək ki, yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuran yığma 151 xalla komanda hesabında birinci yeri tutub. Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
Avropa çempionu olan Azərbaycanın sərbəst güləş millisi Vətənə qayıdıb
Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub
Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar
Qurban Qurbanov Slovakiyada Avropa çempionatının qalibi olub
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













