"Azəryol" klubunun üzvü: "Qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacağıq"
Növbəti matçlarda bundan da yaxşı oynayıb, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacağıq.
“Report” xəbər verir ki, bunu “Azəryol” klubunun üzvü Emil Sərxanov Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan çempionatının final mərhələsində "Kür" komandasına qalib gəldikləri görüşü dəyərləndirib:
“İlk oyunda bu komandaya uduzmuş, ikinci qarşılaşmada isə heç-heçə etmişdik. Bu dəfə məqsədimizə çata bildik. Ümid edirəm ki, növbəti oyunlarda da qələbə qazanarıq. Hər şey özümüzdən asılıdır. Növbəti matçlarda bundan da yaxşı oynayıb, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacağıq”.
Qeyd edək ki, “Azəryol” 36:33 hesabı ilə “Kür”ə qalib gəlib.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: "Kosovo və İrlandiyaya qalib gəlməyə çalışacağıq"
Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar keçirilib
Həndbol üzrə Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib
"Quba"nın baş məşqçisi: "Müdafiədə etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
