UEFA Millətlər Liqası: Qadınlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb
UEFA Millətlər Liqası: Qadınlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb
Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsində Litva və Monteneqro yığmalarına qarşı keçiriləcək səfər oyunları üçün heyəti müəyyənləşib.
AFFA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığma martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanaraq, təlim-məşq toplanışına orada başlayacaq.
Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da Vilnüsdəki “Jalgiris” stadionunda Litva yığması ilə, aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaq.
Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:
| S. | AD/SOYAD | KLUB |
| 1 | Aytac Şərifova | Hakkarigücü (Türkiyə) |
| 2 | Nərgiz Əliyeva | Fatih Vətən (Türkiyə) |
| 3 | Günay İsmayılova | Neftçi |
| 4 | Nigar Mirzəliyeva | Zenit (Rusiya) |
| 5 | Manə Mollayeva | Neftçi |
| 6 | Fidan Cəfərova | Neftçi |
| 7 | Yeliz Acar | Fatih Vətən (Türkiyə) |
| 8 | Kamilla Məmmədova | Dirçəliş |
| 9 | Firəngiz Teymurova | Neftçi |
| 10 | Jalə Məhsimova | Amed Spor (Türkiyə) |
| 11 | Peritan Bozdağ | Fatih Vətən (Türkiyə) |
| 12 | Nazlıcan Parlak | Qalatasaray (Türkiyə) |
| 13 | Coşqunə Əliyeva | Neftçi |
| 14 | Sevinc Cəfərzadə | Krasnodar (Rusiya) |
| 15 | Ayşən Əhmədova | Ünyespor (Türkiyə) |
| 16 | Alina Dorofeyeva | Rubin (Rusiya) |
| 17 | Diana Məmmədova | Rubin (Rusiya) |
| 18 | Ayşən Salamzadə | Neftçi |
| 19 | Xanım Əsədova | Neftçi |
| 20 | Sona Rəhimova | Neftçi |
| 21 | Aysun Muradova | Gölbaşı Belediye Spor Türkiyə) |
| 22 | Esra Manya | Fatih Vətən (Türkiyə) |
| 23 | Alina Nəhmədova | Neftçi |