Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi uğura imza atıb
sizinxeber.az xəbər saytı

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi uğura imza atıb


Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəni əldə edib.

"Sizinxeber.az"un məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.

O, rəqibləri arasında olan gürcüstanlı olimpiya çempionu ,bu kateqoriyanın lideri Laşa Bekaurini məğlub edib.

73 kq çəki dərəcəsində dünya reytinqində lider olan Hidayət Heydərov karyerasında 4-cü dəfə Avropa çempionu titulunu qazanıb.

Balabəy Ağayev 60 kq çəki dərəcəsində gümüş medal qazanıb. Turan Bayramov (60 kq), Aydan Vəliyeva (52 kq), Murad Fətiyev (90 kq) və Zelim Kotsoyev (-100 kq) isə 5-ci yeri tutublar.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
Avropa çempionatı: Azərbaycanın daha 4 güləşçisi medal qazanıb
Avropa çempionatı: Azərbaycanın 3 sərbəst güləşçisi medal qazanıb, 4-ü “bürünc” uğrunda yarışacaq
Azərbaycan cüdoçusu: Çalışacağam ki, dünya çempionatında qızıl medal qazanım
Azərbaycan paracüdoçusu reytinq xarakterli turnirdə gümüş medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər