Emin Əmrullayev: "Basketbolda bir çox hədəflərə nail olmuşuq"
Bir il əvvəl arzular və hədəflər haqqında danışırdıq. Artıq bir çox hədəflərə nail olmuşuq. Bunun üçün bütün oyunçularımıza təşəkkür edirəm.
"Report" xəbər verir ki, bunu Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib.
Qurum rəhbəri federasiyanın hədəflərindən söz açıb:
"Addım-addım, mərhələli şəkildə uğurlara irəliləməliyik. Sistemi düzgün qurmalı və mühiti formalaşdırmalıyıq. Əsas məqsədlərdən biri uşaq basketbolunu inkişaf etdirməkdir. Qarşımıza daha böyük hədəflər qoymalıyıq. Aşağı yaş qruplarının C Divizionundakı nəticələr bizi sevindirir. B Divizionunda çıxış etməliyik. İlk nəticələr bizi sevindirməyə bilər. Növbəti beç ildə isə A Divizionunda oynamağı qarşımıza məqsəd qoymuşuq. Asan deyil, amma buraya qədər gəlsək, özümüzü basketbol ölkəsi adlandıra bilərik".
Oxşar xəbərlər
ABF prezidenti: "Qadın basketbolu bizim üçün ikiqat önəmlidir"
Fərid Qayıbov: "Azərbaycan basketbolunun inkişafı üçün işlər görülür"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
