Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun daha üç oyunu bu gün keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, kişilərin yarışında "Azərreyl" "Xilasedici" ilə üz-üzə gələcək.
Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında, saat 17:00-da start götürəcək.
Qadınların mübarizəsində iki matç baş tutacaq. "Azərreyl" "Gənclər"lə, "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar Azərbaycan Voleybol Federasiyasının idman zalında, müvafiq olaraq saat 16:00 və 18:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün kişilərin yarışında "Neftçi" "Gəncləri" (3:0), "Ordu" "Murov Az Terminal"ı (3:2) məğlub edib. Qadınların mübarizəsində "Turan Tovuz" "Murov Az Terminal"dan güclü olub - 3:1.
Oxşar xəbərlər
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turu başlayır
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı bəlli olub
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 2024/2025 mövsümünün başlayacağı tarix müəyyənləşib
Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında bürünc medal uğrunda oyunlar keçiriləcək
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün növbəti oyunlar keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

