Azərbaycan millisinin baş məşqçisi: 8 il sonra kuboku Bakıya gətirmək sevindirici haldır
Səkkiz il sonra kuboku yenidən Bakıya gətirmək çox sevindirici haldır.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət millisinin baş məşqçisi Anar Sarıyev Avropa çempionatının C divizionunda qızıl medal qazanmaları ilə bağlı danışarkən deyib.
Mütəxəssis komandanın Avropa çempionu olmaq arzusu ilə yaşadığını bildirib:
"Uşaqları neçə illərdir tanıyıram. Qalib gəldikdən sonra əsas da buna görə sevinirdim. Onlar məşq olmayan günlərdə də hazırlaşırdılar. Yığmamız son olaraq 2016-cı ildə Tahir Baxşıyevin rəhbərliyi altında titula sahib çıxıb".
Qeyd edək ki, Albaniyanın Elbasan şəhərində keçirilən final matçında Azərbaycan millisi Lüksemburqu 77:71 hesabı ilə məğlub edərək çempionluğu qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Avropa çempionu olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Sarıyev: Basketbolçularımız Ermənistanla oyunda məsuliyyəti dərk edirdilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan yığması Avropa çempionatında finala yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın basketbol millisinin ispaniyalı baş məşqçisi: Avropa çempionatındakı çıxışımızı normal qiymətləndirirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












