Azərbaycanın həndbol hakimləri Portuqaliyada Universiadada iştirak edəcəklər
sizinxeber.az xəbər saytı

Azərbaycanın həndbol hakimləri Portuqaliyada Universiadada iştirak edəcəklər


Azərbaycanın həndbol üzrə Yüksək Liqa hakimləri Ləman və Aydan Həmidova bacıları iyulun 22–29-u aralığında Portuqaliyanın Kovilyan şəhərində keçiriləcək Universiadada iştirak edəcəklər.

Bu barədə "Sizinxeber.az"a Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avropa Həndbol Federasiyasının “Gənc Hakimlər Layihəsi” çərçivəsində təşkil olunacaq yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq.

Azərbaycan təmsilçiləri qarşılaşmaları idarə etməklə yanaşı, seminarlarda oyun qaydaları, fiziki hazırlıq və ingilis dili üzrə imtahan verəcək, həmçinin matçların idarə olunması ilə bağlı praktiki təhlillərə qatılacaqlar.

Qeyd edək ki, Ləman və Aydan Həmidova bacıları ötən il İsveçin Göteborq şəhərində keçirilən açıq Avropa çempionatında da hakimlik ediblər.

Oxşar xəbərlər

Azərbaycanın həndbol hakimləri Portuqaliyada keçiriləcək Universiadada iştirak edəcəklər
Azərbaycan Həndbol Federasiyasının rəsmisi: "Aydan və Ləman Həmidova bacıları Avropda “gənc referi” kateqoriyasındadır"
Azərbaycan Həndbol Federasiyasının rəsmisi: "Aydan və Ləman Həmidova bacıları Avropada “gənc referi” kateqoriyasındadır"
Azərbaycan Həndbol Federasiyasının rəsmisi təyinat alıb
Azərbaycanın stolüstü tennisçiləri Universiadada mübarizə aparacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle