sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Araz-Naxçıvan" heyətini braziliyalı futbolçu ilə gücləndirib
“Araz-Naxçıvan” klubu heyətini braziliyalı futbolçu ilə gücləndirib.
Sizinxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ramon Maçado ilə 1 illik müqavilə imzalanıb.
Braziliyalı hücumçu bugündən komandanın məşqlərində iştirak edir. 33 yaşlı futbolçu “Araz-Naxçıvan” klubuna Malaziya təmsilçisi “Sabah”dan gəlib. Misli Premyer Liqası təcrübəli braziliyalı üçün yad deyil. Belə ki, o, müxtəlif illərdə “Neftçi” və “Qəbələ”nin heyətində yer alıb. Ümumilikdə isə Maçado “Brasil Pelotas”, “Santo Andre”, “Parana”, “İtuana”, “Vila Nova”, “Lajeadense”, “Santa Kruz”, “Esportivo”, “Boa Esporte” və “Ponte Preta” klublarında da çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benny, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.
Sizinxeber.az
Oxşar xəbərlər
“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə yollarını ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Araz-Naxçıvan" klubu Azərbaycan millisinin üzvü ilə anlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"la heç-heçə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












