"Araz-Naxçıvan" klubu Azərbaycan millisinin üzvü ilə anlaşıb
sizinxeber.az xəbər saytı

"Araz-Naxçıvan" klubu Azərbaycan millisinin üzvü ilə anlaşıb


UEFA Çempionlar Liqasına hazırlığını davam etdirən “Araz-Naxçıvan” klubu heyətini yeni futzalçı ilə gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-ağlar” millinin gənc üzvü İlham Alıyevlə müqavilə bağlayıb.

Futzalçı qarşıdakı mövsümü çempionun heyətində keçirəcək.

İlk dəfə bu il Tbilisidə Gürcüstan yığması ilə yoldaşlıq matçında əsas millinin heyətində meydana çıxan futzalçı daha əvvəl U-19-un formasını geyinib.

Qeyd edək ki, klub braziliyalı Kadinyonu, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan) və serb Lazar Milosavlyeviçi (“Crnica”, Xorvatiya) transfer edib. Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə yollarını ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa klubu Belçika millisinin üzvünü transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Borussiya" Almaniya millisinin futbolçusunu transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər