Qurban Qurbanovun adı dünyanın ən güclü məşqçiləri siyahısında
Dünyanın ən güclü məşqçiləri siyahısında planetin 500 mütəxəssisi yer alıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı baş məşqçi Qurban Qurbanovdur. "Qarabağ"ın çalışdırıcısı 1675 xala malikdir. O, dünyada 133-cüdür.
Avrokubokların cari mövsümünün arxada qalan hissəsi Qurban Qurbanova iki xal qazandırıb. Lakin bu qazanc mövqe dəyişikliyi üçün yetərli olmayıb.
"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 57-cidir. Altı xal itirən mütəxəssis üç pillə geriləyib.
Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 185-cidir. Xalları dəyişməz qalan portuqaliyalı bir addım geriləyib.
"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk 422-ci yerə yüksəlib. Bir addım irəliləyən ukraynalı hesabına bir xal əlavə edib - 1482.
Qeyd edək ki, siyahıya "Mançester Siti"nin 2243 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.
Oxşar xəbərlər
Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb, Qurban Qurbanov geriləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" Avropanın 400 klubu arasında 59-cudur [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" top klublar arasında 59-cu yerdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kurban Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan ölkələrin UEFA reytinqində geriləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












