UEFA Çempionlar Liqası: “Qarabağ”ın “Dinamo” ilə cavab oyununun hakimləri açıqlanıb
sizinxeber.az xəbər saytı

UEFA Çempionlar Liqası: “Qarabağ”ın “Dinamo” ilə cavab oyununun hakimləri açıqlanıb




"Qarabağ" və Xorvatiyanın "Dinamo" komandaları arasında Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları bəlli olub.

Sizinxeber.az report-a istinadən xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Maykl Oliverə Stüart Burt və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud əyləşəcək. Hakim-inspektor Peter Sippel (Almaniya), UEFA nümayəndəsi Balaş Makray (Macarıstan) olacaq.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

Sizinxeber.az

Oxşar xəbərlər

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
UEFA Konfrans Liqası: "Omoniya" - "Zirə" oyununun hakimləri bəlli olub
Çempionlar Liqası: "Qarabağ" bu gün səfərdə "Dinamo" ilə qarşılaşacaq
"Dinamo" azarkeşləri üçün "Qarabağ"la Bakıdakı oyuna bilet 12 avro olacaq
"Dinamo"nun iki futbolçusu "Qarabağ"la cavab oyununu buraxa bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər