Rüstəm Əfsərli: "Neftçi Arena" "Qarabağ"la oyuna qədər tam hazır olacaq
"Neftçi Arena" "Qarabağ"la oyuna qədər tam hazır olacaq.
Sizinxeber.az report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında deyib.
O, "Neftçi Arena"nın ot örtüyü ilə bağlı vəziyyətə aydınlıq gətirib:
"Artıq baza istifadəyə verilib. Obyektin ikinci mərtəbəsində iş gedir. Media nümayəndələrini də oraya dəvət edəcəyik. "Neftçi Arena"nın ot örtüyünun durumu qənaətbəxş deyil. Stadion AFFA-nın balansındadır. Amma biz yatırım edirik. Hazırda ot örtüyü üzərində iş gedir. Ciddi irəliləyiş var. "Qarabağ"la oyuna qədər tam hazır olacaq. 2021-ci ildən sonra yalnız kiçik bərpa işləri olub. Təbii hava keçidi arenada yaxşı deyil. Yay aylarında ot örtüyündə problemlər yaşanır".
Oxşar xəbərlər
Rüstəm Əfsərli: "Neftçi Arena" "Qarabağ"la oyuna qədər tam hazır olacaq
"Neftçi" - "Sabah" oyununun yeri dəyişdirilib
"Neftçi" - "Sabah" oyununa giriş biletsiz olacaq
"Neftçi" - "Zenit" oyunu barədə yeni məlumat
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













