Kərəm Aktürkoğlu "Spartak"a hansı cavab verdi? - Transfer xəbərləri
Futbol dünyasında avqust ayı transfer xəbərləri ilə zəngin dövrdür və klublar heyətlərini gücləndirmək üçün son qərarlarını verməyə başlayır.
Türkiyədə bir çox futbolçunun adı müxtəlif klublarla hallanmağa başlayıb.
Son transfer xəbərlərini təqdim edirik:
"Spartak Moskva"nın gündəmində olan Kərəm Aktürkoğlu kluba yekun qərarını verib. 25 yaşlı futbolçu Rusiya klubuna müsbət cavab verməyib. Futbolçu hazırda Avropadan gələcək təklifləri gözləyir. Əgər bu istiqamətdə real təklif olmazsa, Kərəm karyerasını "CimBom"da davam etdirəcək.
İstanbul təmsilçisi "Qalatasaray" Batista Mendi üçün "Trabzonspor"la transfer danışıqlarına başlayıb. "Trabzonspor" Mendi üçün 10 milyon avro tələb edir.
"Barselona"nın 20 yaşlı ulduzu Mikayil Faye üçün "Beşiktaş" 10 milyon avro təklif edib. "Barsa" isə 15 milyon avro tələb edir. Araya girən Fransanın "Ren" klubu 10+5 milyon avroluq təklif göndərib.
"Beşiktaş" daha 5 futbolçu ilə vidalaşır. Vinsent Abubakar, Tayyip Talha Sanuç, Demir Ege Tıknaz, Bakhtiyor Zaynutdinov və Cekkson Muleka Covani Van Bronkhorsun klubda görmək istəmədiyi futbolçulardır.
Oxşar xəbərlər
Almaniya klubu 22 milyon avroya 19 yaşlı futbolçu transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted" Almaniya klubu ilə razılığa gələ bilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa nəhənglərinin transfer siyahısında olan futbolçu "Qalatasaray"a pulsuz qismət ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Çelsi" portuqaliyalı futbolçu üçün 65 milyon avro təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












