
Avropa nəhənglərinin transfer siyahısında olan futbolçu "Qalatasaray"a pulsuz qismət ola bilər

Avropa nəhənglərinin transfer siyahısında olan futbolçu "Qalatasaray"a pulsuz qismət ola bilər
Türkiyə Super Liqanın başlamasına bir neçə gün qalmış ölkənin 4 böyük klubu transfer çalışdırmalarını davam etdirir. Avrokuboklarda matçlarında meydana çıxan “Beşiktaş”, “Fənərbaxça”, “Galatasaray” və “Trabzonspor” klubları heyətlərindəki çatışmazlıqları tamamlamaq və mövsümə iddialı başlamaq istəyir.
Sizinxeber.az xəbər verir ki, "Qalatasaray"da maraqla gözlənilən yarımmüdafiəçi transferi üçün danışıqlar davam edir. Adrien Rabiot "sarı-qırmızılar"ın transfer siyahısının başındadır.
“Yuventus”dan ayrılan 29 yaşlı futbolçu Avropanın da transfer favoritidir. "Qalatasaray" Rabiot üçün bütün şərtləri irəli sürüb. Ulduz oyunçuya illik 7 milyon avro təklif edilib.
Ulduz futbolçu "Qalatasaray"ın təklifini nəzərdən keçirmək üçün vaxt istəyib. Danışıqlarda illik 10 milyon avro məvacibə razı olan fransalı yarımmüdafiəçi bu rəqəmi bir az da azaltmağa hazır olduğunu bildirib.
İmza pulu kimi 8 milyon avro tələb edən ulduz futbolçuya yaşıl işıq yandırılıb. Adrien Rabiotun "sarı-qırmızı"lı rəhbərliyin təklifini bəyənəcəyi təqdirdə ödəniş planı ilə bağlı danışıqların aparılacağı bildirilib.