Karlo Ançelotti Arda Gülərdən üzr istəyib
İspaniya mətbuatı "Real Madrid"in "Malyorka"ya qarşı səmərəsiz oyunundan, itirilən xaldan və Karlo Ançelottinin dəyişiklikləri gecikdirməsindən danışıb.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, "Malyorka" ilə qarşılaşmada hesabı 1-1-dən döndərə bilməyən komandada hücum xətti təsirli görünsə də, ikinci qol gəlməyib.
İspaniya mətbuatı Karlo Ançelottini dəyişiklikləri gec etməkdə günahlandırsa da, o, bu məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.
Belə ki, 82-ci dəqiqədə Arda Gülər , Brahim Diaz və Lukas Vazkesi hazırlayan Ançelotti oyun dayanmadığından bu futbolçuları ancaq 87-ci dəqiqədə oyuna daxil edə bilib. Ancaq bunun üçün gec olub.
Ançelotti matçdan sonra Arda Gülər ilə görüşüb və futbolçudan üzr istəyib. İtaliyalının mətbuat qarşısında olmasa da, bağlı qapılar arxasında dəyişiklik etməkdə gecikdiyini etiraf edib.
Oxşar xəbərlər
Ançelotti Arda Gülərə heyran qaldı: Nə Endrik, nə də Modriç
"Mançester Yunayted" Karlo Ançelottiyə təklif göndərib
Ançelotti karyerasını başa vuracaq
Modriçdən Arda Gülərə xəbərdarlıq - “Bunu etmə!”
Ançelotti karyerasını "Real"da başa vuracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













