“Qarabağa”a görə onu oyuna buraxmadıq” - “Dinamo”nun baş məşqçisi
sizinxeber.az xəbər saytı

“Qarabağa”a görə onu oyuna buraxmadıq” - “Dinamo”nun baş məşqçisi




Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Marko Pyatsanın yerli çempionatda “Şibenik”ə qarşı 3-cü tur matçını buraxmasının səbəbi müəyyənləşib.

Sizinxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç oyundan sonra mətbuat konfransında açıqlama verib.

Mütəxəssis 29 yaşlı vingerin zədə səbəbindən meydana çıxmadığını söyləyib: “Dabanından xəsarət aldı. Ağrıları var idi. “Qarabağ”la qarşılaşmaya hazır olması üçün risk etmədik”.

Qeyd edək ki, görüş “Dinamo”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində bu komandaya qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab oyununu isə 28-də Bakıda keçirəcək.

Sizinxeber.az

Oxşar xəbərlər

Sergey Yakiroviç: "Qarabağ"la oyuna hazır olması üçün Pyatsanı meydana buraxmadıq
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" çox mütəşəkkil komandadır
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" çox mütəşəkkil komandadır
"Qarabağ" yeni qapıçısını "Dinamo" ilə oyunlar üçün iştirak ərizəsinə daxil edib
"Qarabağ"ın iki aparıcı futbolçusu "Dinamo" ilə matçları buraxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər